“Onlar da ermənidir və...”

5 Fevral 2023 03:10 Problem 825
“Onlar da ermənidir və...”

“Qarabağ ermənilərinin qorunub saxlanması Ermənistan üçün strateji prioritet vəzifəyə çevrilməlidir”.

Bu sözləri Ermənistan parlamentində Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının nümayəndəsi, arxiyepiskop, revanşist Mikayel Acapanyan söyləyib.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində müxalifətinin təşəbbüsü ilə Laçın dəhlizinin bağlanmasına dair parlament dinləmələri keçirilir.

“Biz bir ifratdan digərinə atılmışıq. Maksimalizmdən minimalizmə keçmişik. “Sona qədər mübarizə aparın” şüarı ilə başladıq və “3 milyonu (yəni Ermənistan) qorumaq üçün 120 mini (keşiş həyasızlıqla yerli ermənilərin sayını bu qədər şişirir-red.) verin” deməyə gəldik. Amma onlar da ermənidir və Ermənistanın həmin şəxslər qarşısında müəyyən öhdəlikləri var”, - deyə, o bildirib.

Arxiyepiskop hər zaman ölkə rəhbərliyini tənqid etdiyini vurğulayıb.

Lakin onun fikrincə, vəziyyət o qədər mürəkkəbdir ki, indiki hökumət gedəndən sonra problemlər daha da artacaq.

Digər Xəbərlər
Xəbər Lenti