Premyer Liqada çıxış edən 7 futbolçuya ÜZÜCÜ XƏBƏR

24 Yanvar 2023 13:00 Problem 832
Premyer Liqada çıxış edən 7 futbolçuya ÜZÜCÜ XƏBƏR

Premyer Liqanın 19-ci turu bir neçə futbolçu üçün tamaşa meydanı olacaq.

Yanvarın 24-26-sı aralığında keçiriləcək oyunları 7 futbolçu kənardan izləmək məcburiyyətindədir.

Cəzalılar “Kəpəz”də Yeqor Xvalko, Elçin Əlicanov, Mate Kvirkviya və Georgi Kantariya, “Sabah”da Ceyhun Nuriyev, “Sumqayıt”da Vüqar Mustafayev, “Zirə”də Coşqun Diniyevdir.

Sarı vərəqə limitini dolduran və ötən turda qırmızı vərəqə alan sözügedən futbolçular 19-cu turda iştirak edə bilməyəcək.

Yanvarın 24-də “Kəpəz” – “Qəbələ”, ayın 25-də “Turan Tovuz” – “Qarabağ”, “Zirə” – “Sumqayıt”, turun sonuncu günündə isə “Şamaxı” – “Səbail”, “Sabah” – “Neftçi”görüşlərinə şahidlik edəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti