"Əgər Azərbaycan genişmiqyaslı müharibəyə başlasa..."

22 Yanvar 2023 16:30 Problem 11 134
"Əgər Azərbaycan genişmiqyaslı müharibəyə başlasa..."

"Hansısa formada, müxtəlif formalarda eskalasiya gözlənilməlidir, lakin hələlik genişmiqyaslı müharibə olmayacaq”.

Bu barədə Ermənistanın Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan yerli Youtube kanallardan birində “Güc faktoru” adlı verilişdə danışıb.

İsgəndəryan müharibə ehtimalının az olmasını Rusiya sülhməramlılarının Qarabağ ətrafında dayanması ilə əlaqələndirib.

“Əgər Azərbaycan genişmiqyaslı müharibəyə başlasa, o zaman təkcə erməniləri deyil, rusları da öldürmək lazım gələcək. Belə olan halda Rusiya çox arzuolunan olmasa da, reaksiya verməli olacaq.. Daimi təzyiqin səbəbi də budur”, - deyə erməni ekspert bildirib.

Rusiya, Avropa, Türkiyə və s. vasitəsilə də diplomatik təzyiq olacaq. Bundan əlavə, ötən ilin sentyabrında baş verənlərə bənzər eskalasiyalar mümkündür”,- deyə İsgəndəryan söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti