"O, Messiyə toxunmağa cəsarət etsə, rinqə qayıtmalı olacam"

1 Dekabr 2022 01:30 Problem 360
"O, Messiyə  toxunmağa cəsarət etsə, rinqə qayıtmalı olacam"

Əfsanəvi boksçu Mayk Tayson peşəkar meksikalı boksçu, super orta çəkidə dünya çempionu Saul Alvaresin Argentina millisinin üzvü Lionel Messi barədə söylədiklərinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Tayson öz sosial şəbəkə hesablarında məlumat yayıb.

DÇ-2022-də Argentina - Meksika matçından (2:0) sonra Messi rəqib futbolçulardan biri ilə formasını dəyişib.

Bundan sonra internetdə paltardəyişmə otağından Lionelin Meksika millisinin formasını yerə atması, sonra isə təsadüfən geri təpiklə vurması əks olunan video yayılıb.

Bu vəziyyət Alvaresi qəzəbləndirib. O, Messinin Meksika millisinin forması və ölkə bayrağı ilə döşəməni sildiyini söyləyib və Messini təhdid edib.

Tayson isə sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib:

"Kanelo adlı biri Lionel Messini hədələyib. O, Messiyə toxunmağa cəsarət etsə, uzun illərdən sonra rinqə qayıtmalı olacam”.

Digər Xəbərlər
Xəbər Lenti