Azərbaycanda iki klub üçün 100 min manat yığmaq mümkün olacaq?

30 Noyabr 2022 16:40 Problem 748
Azərbaycanda iki klub üçün 100 min manat yığmaq mümkün olacaq?

“Dekabrda gördüyümüz işlərə, qarşımıza qoyduğumuz məqsədə nə dərəcə çatdığımıza baxacağıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev deyib.

FİF bu mövsüm Premyer Liqaya qayıdan "Turan Tovuz" və “Kəpəz”lə bağlı layihə başladıb. "Turan 100K" və “Kəpəz 100K” adlanan layihə hər iki klub üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır.

Veb platformada real futbol meydançası ölçülərinə uyğun 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib.

1 (15 manat), 4 (60 manat), 9 (135 manat) və 16 (240 manat) pikseldən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.

Azarkeşlər ianə edərkən aldıqları piksellərə öz şəkillərini yerləşdirə bilərlər. İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq.

Təcrübəsi və içindən gələn səs Piriyevə nə deyir? Gələn ilin yayına qədər Tovuzla Gəncənin hər birindən 100 min manat yığıb, avtobus almaq mümkün olacaq?

Onu dinləyək:

“Burada söhbət təkcə 100 min manatın toplanması ilə bağlı deyil. Bizdə korporativ alış da var, hansı ki, biz orada tam aktivləşməmişik.

Korporativdə alışda məbləğlər yüksəkdir, bunu da aktivləşdirəndən sonra mövsümün sonuna qədər avtobusların alınması üçün lazım olan məbləğin toplanacağına ümid edirəm”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti