Rəşad Sadıqovdan İLGİNC PAYLAŞIM: “Şəhvətə uyan bir nəsil gəlir” - FOTO

27 Noyabr 2022 20:00 Problem 817
Rəşad Sadıqovdan İLGİNC PAYLAŞIM: “Şəhvətə uyan bir nəsil gəlir” - FOTO

Dünya çempionatı ərəfəsində bir neçə ölkənin millisinin LGBT-yə dəstək xarakterli istəyindən xəbərdarsınız.

Konkretləşdirsək, İngiltərə, Almaniya və Niderland, eləcə də digər yığmaların kapitanları DÇ-2022-də göy qurşağı təsviri olan sarğı ilə meydana çıxmağı planlaşdırmışdı.

Lakin FİFA həmin sarğıdan istifadəni qadağan edərək, bu addımı atan kapitanın sarı vərəqə ilə cəzalanacağını bildirmişdi.

Azərbaycanın tanınmış futbol simalarından olan Rəşad Sadıqov da son vaxtların aktual mövzusuna münasibət bildirib. Yığmanın sabiq kapitanı “instagram” hesabında LGBT bayrağı ilə “silahlanmış” iki gəncin yer aldığı videonu paylaşıb. Görüntüdə bu fikirlər səsləndirilir:

“Onların arxasınca namazı buraxıb, şəhvətə uyan bir nəsil gəlir. Onlar ziyana uğrayacaqlar. Ancaq Allaha tövbə edib iman gətirənlər...”

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti