Təcili əməliyyat olundu, 3 aydan sonra qayıdacaq

5 Oktyabr 2022 14:20 Problem 366
Təcili əməliyyat olundu, 3 aydan sonra qayıdacaq

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos"un əsas qapıçısı Tomaş Vatslik əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı çexiyalı qolkiper sağ çiynindən cərrahi müdaxiləyə ehtiyac duyub.

Plzen şəhərində əməliyyat edilən oyunçu 3 aydan sonra yaşıl meydanlara qayıdacaq.

Vatslik Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında zədələnib.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti