“Ronaldo danışmaq istədiyini bildirdi, evinə getdim, 2 saata yaxın söhbət etdik“

29 Sentyabr 2022 10:00 Problem 485
“Ronaldo danışmaq istədiyini bildirdi, evinə getdim, 2 saata yaxın söhbət etdik“

Tanınmış psixologiya professoru və yazıçı Cordan Peterson "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo ilə görüşündən danışıb.

Sportinfo.az xəbər verir ki, o, jurnalist Piers Morgana müsahibəsində bildirib:

“Ronaldo kitabımı oxuduqdan sonra mənimlə danışmaq istədiyini bildirdi. Mən onun evinə getdim. İki saata yaxın söhbət etdik.

O, mənə fiziki formasımı saxlamaq üçün istifadə etdiyi avadanlıqları göstərdi, şirkətləri haqqında danışdı. Əsasən onun gələcəkdən nə istədiyini, bu yolda qarşılaşacağı maneələri müzakirə etdik. Deyərdim ki, strateji söhbətimiz oldu”.

Bu yay 37 yaşlı Ronaldo Çempionlar Liqasında çıxış edən klubda oynamaq istədiyi üçün “Mançester Yunayted”dən ayrılmaq istəyib. Lakin sonradan o, fikrindən daşınıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!