“Ölkədə müharibə getdiyi vaxtda futbol oynaya bilmirəm”

28 Sentyabr 2022 12:00 Problem 559
“Ölkədə müharibə getdiyi vaxtda futbol oynaya bilmirəm”

Ukrayna millisinin və Kiyev “Dinamo”sunun sabiq hücumçusu Roman Zozulya karyerasını dondurub.

Sportinfo.az xəbər verir ki, bu barədə 32 yaşlı futbolçu yerli radiolardan birinə açıqlama verib.

Təcrübəli forvard bu qərarı ölkədəki müharibə səbəbindən qəbul etdiyini bildirib: “Mənimlə müqavilə imzalamaq istəyən komandalar var idi.

Amma dedim ki, indi bacarmıram, futbola əhəmiyyət vermirəm. Ölkədə müharibə getdiyi vaxtda oynaya bilmirəm.

Başa düşürəm ki, yeni klub mənə pul qazanmağa və Ukraynaya kömək etməyə imkan verəcək. Amma hazırda futbola həvəsim yoxdur”.

Roman Zozulyanın son klubu İspaniyanın “Fuenlabrada” komandası olub. O, daha öncə İspaniyada “Albasete”, “Rayo Valyekano” və “Betis”in də formasını geyinib.

“Dinamo”nun yetirməsi öz ölkəsində “Dnepr”in də uğurları üçün çalışıb, Ukrayna yığmasında 33 oyuna 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı