Forma tapa bilməyən klubun Premyer Liqada nə işi var? - VİDEO

14:40 Problem 1 466
Forma tapa bilməyən klubun Premyer Liqada nə işi var? - VİDEO

“Süni qazonlar keyfiyyətli futbolun qarşısını alır.

Bu problem mütləq şəkildə həllini tapmalıdır.

Məsələn, Özbəkistanda Premyer Liqa komandalarına süni qazonda oynamaq qadağan edilib. Bizdə isə vəziyyət ürəkaçan deyil.

Məsələn, “İmişli” forma dəsti tapa bilmir, meydança amilini necə həll edəcək?

Premyer Liqada bölgə futbolu amilini ön plana çıxardırıq. Amma bölgə klubları Bakıda oynamağa can atırlar. Daha bunun harası regionda futbol oldu?”.

Bu fikirlər “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində səsləndirilib.

Jurnalist Elçin Cəfərovla millinin sabiq çalışdırıcısı Arif Əsədov bölgə futbolunda maddi-texniki bazanın çatışmazlığından danışıb, bu fonda “İmişli” rəhbərliyinin qeyri-peşəkarlığından bəhs ediblər.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti