"Kəpəz"də xaos: "Yaşar Vahabzadə qorxur ki, özbaşına istefa verər və sonra..." - VİDEO

17 Avqust 2022 17:00 Problem 869
"Kəpəz"də xaos: "Yaşar Vahabzadə qorxur ki, özbaşına istefa verər və sonra..." - VİDEO

Azərbaycan Premyer Liqasının ikinci turu çərçivəsində keçirilən “Neftçi” – “Kəpəz” matçında (5:2) qeydə alınan nəticədən daha çox, Gəncə klubunun azarkeşlərinin reaksiyası diqqət mərkəzinə düşdü.

Qonaq fanatlara ayrılan tribunadan baş məşqçi Yaşar Vahabzadəyə qarşı “Yaşar, istefa!” şüarları yayıldı.

Sportinfo TV-də yayımlanan "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov “Kəpəz” ətrafında cərəyan edən son hadisələrlə bağlı maraqlı şərh verib.

Bildirib ki, özünə hörmət edən məşqçi ardıcıl istefa çağırışlarına məhəl qoyaraq, postundan ayrılardı: “Bu istefa çağırışları futbolçuları da təngə gətirib.

Onlar da Yaşar müəllimə görə azarkeş dəstəyindən məhrum olublar. Deyəsən, çalışdırıcıya tapşırıblar ki, biz «get» demədən heç yerə tərpənə bilməzsən.

Qorxur ki, özbaşına istefa verər və sonrakı periodda baş məşqçilik postuna qapılar üzünə bağlana bilər və digərləri kimi işsiz qalar”.

Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti