"Qarabağ" bir futbolçusunu Almaniyaya, digərini Türkiyəyə yolladı

8 Avqust 2022 10:50 Problem 1 928
"Qarabağ" bir futbolçusunu Almaniyaya, digərini Türkiyəyə yolladı

"Qarabağ"ın zədəli futbolçuları – Kevin Medina və Maksim Medvedev müalicə üçün ölkə xaricinə yollanıb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı kolumbiyalı müdafiəçi Almaniyaya, Medvedev isə Türkiyəyə gedib.

Hər iki oyunçu "Ferentsvaroş"a qarşı Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Macarıstana aparılmayıb.

Avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Digər Xəbərlər
Xəbər Lenti