Premyer Liqa klubunun baş məşqçisi üzücü xəbər aldı, düşərgəni tərk etdi

7 Avqust 2022 09:40 Problem 2 194
Premyer Liqa klubunun baş məşqçisi üzücü xəbər aldı, düşərgəni tərk etdi

«Turan Tovuz» sabah Premyer Liqaya qayıdışını rəsmən qeyd edəcək.

Qərb klubu 9 illik aradan sonra elitada ilk oyununu keçirəcək.

Rəqib «Qəbələ»dir və matçın start fiti saat 17:00-də səslənəcək.

Ev sahibləri bu qarşılaşmaya baş məşqçisiz çıxa bilər. Belə ki, Ayxan Abbasova ağır itki üz verib. Gənc mütəxəssisin əmisi vəfat etdiyindən, o, Tovuzdan Bakıya qayıtmalı olub.

Onun yas mərasimi ilə əlaqədar vaxtında rayona dönüb-dönməyəcəyi hələ sual altındadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti