"Bu futbolçuların xarici klubun diqqətini cəlb etmək şansı minimumdan da azdır"

8 May 2022 10:40 Problem 788
"Bu futbolçuların xarici klubun diqqətini cəlb etmək şansı minimumdan da azdır"

"Azərbaycan Premyer Liqasında 15-20, hətta 25 oyun oynamaqla xarici skautların diqqətini cəlb etməyi düşünmək absuddur".

Menecer Tural Əsgərov Sportinfo.az-a açıqlamasında belə deyib.

Respublikanın ən tanınmış agentlərindən biri olan müsahib xarici həmkarlarının azərbaycanlı futbolçulara az maraq göstərməsinin səbəblərindən biri haqda danışıb:

"Bizim çempionatın səviyyəsi xeyli yüksək olmalıdır. Legioner həyatı yaşamaq üçün yol U-15, U-17, bir az geçikmiş olsa da, U-21 millilərindən keçir.

Gənclər ora düşməli, oradan özünü göstərməyə çalışmalıdır. Yox, bizim aşağı yaş millilər nadir hallarda qol vurmaqla böyük hesablı məğlubiyyətləri davam edəcəklərsə, həmin komandalardakı futbolçuların hansısa xarici klubun diqqətini cəlb etmək şansı minimumdan da azdır".

Digər Xəbərlər
Xəbər Lenti