“AFFA rayonlarda uşaqlara 500 top, idman forması paylayır, lakin bununla iş bitmir“

8 May 2022 09:20 Problem 781
“AFFA rayonlarda uşaqlara 500 top, idman forması paylayır, lakin bununla iş bitmir“

“Öncə uşaq futbolu inkişaf etməli, akademiyalar açılmalıdır“.

Sportinfo.az xəbər verir ki, bu sözlər millət vəkili Aqil Abbasa məxsusdur.

Deputat hesab edir ki, futbolun ölkəmizdə inkişafı üçün uşaq futbol akademiyaları yaradılmalıdır:

“Azərbaycanda bu istiqamətdə “Qəbələ”, “Qarabağ” və “Neftçi”nin də akademiyası mövcuddur. Yəni uşaq futbol akademiyaları ilə yanaşı, hər komandanın öz akademiyası olmalıdır ki, futbolçu yetişdirə bilsin.

Onların üzərində işləmək üçün məşqçilər lazımdır. Bir sözlə, uşaq futbolu və region futbolunun inkişafına diqqət artırılmalıdır.

AFFA rayonlarda uşaqlara 500 top, idman forması paylayır. Dəfələrlə özüm də iştirak etmişəm, lakin bununla iş bitmir“.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!