“Dedilər ki, kişi sözü veririk, müqaviləyə şərt qoymayaq” – Menecer ŞOK FAKT AÇIQLADI

14 Yanvar 2022 15:00 Problem 1 649
“Dedilər ki, kişi sözü veririk, müqaviləyə şərt qoymayaq” – Menecer ŞOK FAKT AÇIQLADI

Yunanıstan mətbuatı “Səbail”in futbolçusu Turan Manafovla bağlı yeni xəbər yayıb.

Məlumatda bildirilib ki, müdafiəçinin Volos “Olimpiakos”una keçidi rəsmiləşmək üzrədir.

Qeyd olunub ki, 24 yaşlı oyunçunun viza problemi həllini tapıb. Gənclər millimizin sabiq üzvü artıq Yunanıstandadır.

İkinci liqa təmsilçisi ilə müqavilənin şərtlərini çoxdan razılaşdıran Manafovun keçidinin bu gün tamamlanması gözlənilir.

2019-cu ildən “Səbail”də çıxış edən Turan Manafov cari mövsüm Premyer Liqada 14 oyun keçirib, 1 qol vurub. Onun “dənizçilər”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.

Redaksiyamızla əlaqə saxlayan futbolçunun meneceri İlkin Əliyev onun Azərbaycanı tərk etmədiyini söyləyib. Agent “Səbail”in müştərisinə problem yaratdığını açıqlayıb:

“Biz yayda “Səbail”lə müqavilə bağlayanda, Turan Manafova söz verilmişdi ki, xaricdən təklif alsa, sərbast buraxılacaq.

Dedik ki, bu bəndi müqaviləyə əlavə edək. Cavab verdilər ki, biz sənə kişi sözü veririk, müqaviləyə şərt qoymayaq.

Yaxınlarda "Olimpiakos Volos"dan turana rəsmi təklif gəldi. Müqavilə şərtlərini də orada göstəriblər.

Biz arxayın idik ki, “Səbail” onu buraxacaq. Turan halallıq almaq üçün Aftandil Hacıyevə yaxınlaşıb, o da deyib ki, bir də fikirləş və qərarını mənə de.

Turan iki gün aldığı təklif barədə danışdı və son sözünü baş məşqçiyə söylədi. Aftandil müəllim də bildirdi ki, problem yoxdur, rəhbərliklə danış.

Onlar isə dedi ki, biz sizə müqaviləni verə bilmərik, falan-filan. “Olimpiakos” da əmin idi ki, Turanın transferi bitib.

Həmin mövqüyə bütün oyunçuları göndəriblər və indi Turanın yolunu gözləyirlər. Ona əsas heyət üzvü gözüylə baxırlar.

“Səbail” hələ sənədləri vermir deyə, məsələ uzanır. Turan Azərbaycanda oynamaq istəmir. Fikri odur ki, ölkəmizi xaricdə təmsil etsin.

Bu, futbolumuz üçün müsbət hadisədir. Amma ona da imkin vermirlər ki, getsin. Gərək biz müqaviləyə o şərti əlavə edərdik.

Azərbaycan futbolunda sözə inanmaq olmur. Uşaqdır da, deyir ki, mənə söz veriblər, narahat olma.

Hələ konkret heç nə yoxdur. Turan istəyir ki, AFFA-ya gedib, Elxan Məmmədovun qəbuluna düşsün və fikrini desin. Alınsa, yunanlarla 6 aylıq müqavilə imzalayacaq.

Turan “Olimpiakos”dan tramplin kimi istifadə etmək istəyir. Onlar futbolçu ilə 20 gün qabaq danışıqlara başlayıblar.

Təqribən 10 gün qabaq da “Səbail”ə rəsmi təklif göndəriblər. “Qəbələ“ və “Sumqayıt” da Turanın xidmətində maraqlıdır”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!