Nazir deyir ki, qadağa tətbiq edək, klublar isə... GÜNÜN PROBLEMİ

11 Yanvar 2022 15:40 Problem 808
Nazir deyir ki, qadağa tətbiq edək, klublar isə... GÜNÜN PROBLEMİ

Böyük Britaniya hakimiyyəti idman klublarına sponsorluq edən bukmeker konturlarına qadağa tətbiq edə bilər.

Sportinfo.az xəbər verir ki, britaniyalı nazir Kris Filp bu məsələni müzakirə etmək üçün idman klublarının, federasiyaların rəhbərləri ilə müzakirə aparmaq niyyətindədir.

Məhdudiyyətlərdən biri o ola bilər ki, klubların formalarında bukmeker kontorlarının loqosunun olmasına icazə verilməsin. Ancaq İngiltərə Premyer Liqası buna qarşı çıxır.

Onlar iddia edirlər ki, pandemiyaya görə klublara xeyli ziyan dəyib. Bu qadağa onların ziyanını daha da artıracaq.

Nazir pandemiyanın vurduğu ziyanı qəbul etdiyini bildirib. Amma onu da vurğulayıb ki, bukmeker kontorlarının klublara sponsorluq etməsinin oyunların nəticələrinə təsirini öyrənməyə ehtiyac var

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var