AFFA 4 məşqçiyə ikinci dəfə şans verəcək

9 Dekabr 2021 09:40 Problem 692
AFFA 4 məşqçiyə ikinci dəfə şans verəcək

Azərbaycanda keçirilən UEFA-nın qapıçı məşqçiləri üzrə B kateqoriyalı kursların iştirakçılarına ikinci dəfə şans veriləcək.

Söhbət 4 moduldan ibarət məşğələlərin sonuncusunda imtahandan kəsilən 4 nəfərə aiddir.

Maraqlıdır ki, lisenziya ala bilməyənlərdən 2 şəxs AFFA tərəfindən yığma komandalara cəlb olunanlardır.

17 yaşadək qızlardan ibarət millidə çalışan Şahin Hüseynov və yeniyetmə oğlanlardan ibarət yıığmalarda fəaliyyət göstərən Fuad Əsədov həmin siyahıya daxildir.

«A» kateqoriyalıı kurslarda təlimatçıı olan Arif Əsədovun oğlu ilə yanaşı, «Turan Tovuz»dan Eldəniz Hüseynov və bir çox klubların formasını geyinmiş Davud Kərimi imtahandan keçə bilməyib.

UEFA-dan Mart Poom və yerli təlimatçılar Faiq Əzizov və Vitali Kovalyovun keçdiyi seminara qatılan 4 iştirakçı növbəti dəfə sorğu-sual ediləcək. AFFA hələ həmin imtahanıın vaxtını müəyyənləşdirməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti