"Neftçi"nin hücumçusu ilə insident yaşayan fanat sərbəst buraxıldı

21 Noyabr 2021 16:00 Problem 1 123
"Neftçi"nin hücumçusu ilə insident yaşayan fanat sərbəst buraxıldı

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasovla problem yaşayan Murad adlı fanat sərbəst buraxılıb.

O, polis idarəsində ifadə verəndən sonra gündəlik həyatına dönüb.

Buna səbəb Premyer Liqanın XI turunun "Neftçi" - "Sabah" oyunundan (1:2) sonra baş verən insidentdir.

Belə ki, matçın final fitindən sonra meydana azarkeş daxil olub və Mirabdulla Abbasova hücum edib. Hadisəni fanatların futbolçuları təhqir etməsi, Abbasovun isə onlara cavab qaytarması alovlandırıb

Bu zaman Murad tribunadan meydançaya enərək, Mirabdullaya tərəfə şığıyıb. Mühafizə xidmətinin əməkdaşları tərəfləri çətinliklə sakitləşdirib.

Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları həmin azarkeşi polis bölməsinə aparıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!