Qətərdə əməliyyat olunacaq - "Qarabağ"la Bakıdakı oyunu da buraxacaq

4 Noyabr 2021 16:50 Problem 1 135
Qətərdə əməliyyat olunacaq - "Qarabağ"la Bakıdakı oyunu da buraxacaq

"Omoniya"nın futbolçusu Yannis Kusulos "Qarabağ"a qarşı Konfrans Liqasının qrup mərhələsinin V tur oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, zədədən əziyyət çəkən 25 yaşlı müdafiəçi bu gün Qətərdə əməliyyat olunacaq.

Onun növbəti ay yaşıl meydanlara qayıdacağı gözlənilir.

Yannis Kusulos "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları II tur qarşılaşmasını da eyni səbəbdən buraxmalı olub. Noyabrın 25-də keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.

IV turda isə Azərbaycan təmsilçisi Qazaxıstanda "Kayrat"ın qonağı olacaq, "Omoniya" İsveçrə "Bazel"ini qəbul edəcək. Hər iki qarşılaşma noyabrın 4-də gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...