Polşa mətbuatı Mahiri bu dəfə niyə hədəfə alıb?

3 Noyabr 2021 12:40 Problem 1 215
Polşa mətbuatı Mahiri bu dəfə niyə hədəfə alıb?

“Legiya”nın hücumçusu Mahir Emrelinin Polşa Ekstraklasasının XIII turunda “Poqon”la matçdakı statistik göstəriciləri açıqlanıb.

Sportinfo.az-ın Polşa mətbuatına istinadən məlumatına görə, Varşava təmsilçisinin doğma arenada 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmada 61 dəqiqə mübarizə aparan Azərbaycan millisinin üzvünün çıxışı zəif hesab edilib.

24 yaşlı forvardın bir çox komponentlərdə uğursuz çıxışı diqqət çəkib. Həmkarlarımızın yazdığına görə, Emreli görüş ərzində 3 zərbə imkanı qazanıb ki, onların yalnız birində çərçivəyə düşə bilib:

“Birincidə topla irəliləmək əvəzinə zərbəni seçdi, top müdafiəçidən döndü. 20-ci dəqiqədə isə Lukinyasın ötürməsindən sonra sanki zərbə yox, qapıçıya ötürmə verdi”.

Hava toplarındakı göstəricilər isə daha bərbaddır. Həmyerlimiz “ikinci mərtəbə”də 7 dəfə mübarizəyə qalxsa da, cəmi birində qalib gəlməyi bacarıb.

Bununla bağlı ən çox tənqid olunan hərəkəti isə əksər hallarda topa tullanmaq əvəzinə rəqibə mane olmaq cəhdləridir.

Bu mövsüm 24 oyunda 10 qol vuran Mahir Emreli son 6 görüşdə fərqlənə bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti