“Əgər məşqçilər məni əsas heyətdə görmürlərsə…“ İTTİHAM ETDİ

3 Noyabr 2021 09:20 Problem 1 167
“Əgər məşqçilər məni əsas heyətdə görmürlərsə…“ İTTİHAM ETDİ

İcarə əsasında “Axmat”da oynayan Daniil Utkin “Krasnodar”dan ayrılması haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, Daniil meydanda çox olmaq istədiyini, amma “Krasnodar”ın o vaxtkı baş məşqçisi Murad Musayevin ona güvənmədiyini bildirib.

O, yenicə “Sabah”da işə başlayan 37 yaşlı mütəxəssislə söhbəti haqda da danışıb:

“Əgər məşqçilər məni əsas heyətin üzvü kimi görmürlərsə, problem yoxdur, bu, onların fikridir. Amma onların fikri mənim fikrimlə üst-üstə düşmür.

Mənim Musayevlə konkret söhbətim olmuşdu. Ondan sonra oynamadım.

Ola bilsin ki, bu, sadəcə, təsadüf idi, amma fakt faktlığında qalır. Mən öz durumumla bağlı bütün məlumatları verdim, fikrimi bildirdim, o da öz fikrini.

Əl sıxıb, işimizə davam etdik. Adi söhbət idi, yüksək ton olmadı. Amma həmin söhbətdən sonra oynamadım.

Rəhbərlikdən heç kimə yaxınlaşmadım, məvacibimin artırılmasını istəmədim. Hətta agentimlə də bu məsələni müzakirə etmədim. Çünki mənim əsas məqsədim həqiqətən də daha çox oynamaq idi”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...