"Kayrat"ın kapitanı "Qarabağ"a qarşı oynamayacaq

3 Noyabr 2021 00:40 Problem 913
"Kayrat"ın kapitanı "Qarabağ"a qarşı oynamayacaq

Konfrans Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edəcək Qazaxıstan "Kayrat"ı oyuna itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, Almatı təmsilçisinin kapitanı Qafurjan Suyumbayev Ağdam klubu ilə matçı buraxacaq.

Qazaxıstan millisinin 31 yaşlı müdafiəçisi zədə səbəbindən bu görüşdə iştirak edə bilməyəcək.

Noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...