Keçmiş xanımından məşhur futbolçuya ittiham: “Pulun varsa, bütün qanunları poza bilərsən”

3 Noyabr 2021 00:50 Problem 1 253
Keçmiş xanımından məşhur futbolçuya ittiham: “Pulun varsa, bütün qanunları poza bilərsən”

Anatoli Timoşukun keçmiş həyat yoldaşı Nadejda Navrotskaya sabiq futbolçunu ittiham edib.

Sportinfo.az xəbər verir ki, Nadejda Anatolini qiymətli ailə suvenirlərini qaçaqmalçılıq yolu ilə ölkədən çıxartmaqda günahlandırıb:

“Qiymətli ailə ikonaları kolleksiyası? Onların dəyəri, təxminən 10 milyon avrodur. Bu, xüsusilə böyük məbləğdə qaçaqmalçılıqdır. Timoşuk o ikonaları Rusiyaya aparıb.

O suvenirlər hazırda onun Krestovski adasındakı mənzilinin zirzəmisindədir. Timoşuk Ukraynaya məxsus xəzinəni Rusiyaya aparıb.

Ukrayna qanunlarına görə belə suvenirləri ölkədən çıxartmaq qadağandır. Amma Timoşuka olar?

Ukraynada pulun varsa, bütün qanunları poza bilərsən, sərhədlər sənin üzünə açıqdır. Bizdə qanunlar ancaq kasıblar üçündür”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...