Ermənistan tusların Qarabağda daha çox qalmasını istəyir – VİDEO

31 Oktyabr 2021 09:50 Problem 1 540
Ermənistan tusların Qarabağda daha çox qalmasını istəyir – VİDEO

Ermənistan Rusiya sülhməramlılarının qalma müddətinin uzadılmasında maraqlıdır.

Bu barədə TASS agentliyinə Ermənistan Təhlükəsizlik Şurası aparatından məlumat veriblər.

Ermənistan Təhlükəsizlik Şurasının agentliyə danışan rəsmi şəxs qeyd edib ki, hazırda Qarabağda vəziyyət təhlükəsizlik baxımından kifayət qədər sabit deyil. Şura əməkdaşı nümunə kimi bura bu yaxınlarda bir nəfərin ölməsi və bir nəfərin də yaralanması ilə bağlı atəşkəs pozuntusunu misal çəkib.

O bildirib ki, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingenti faktoru Qarabağdakı ermənilərin status məsələsinin həlli tapılana qədər mühüm və əhəmiyyətli olacaq.

"Ermənistan, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması məsələsi də daxil, Qarabağ ətrafında bütün spektrlər üzrə Moskva ilə daima müzakirələr aparır”, - deyə mənbə vurğulayıb.

Ermənistan Təhlükəsizlik Şurasının əməkdaşı həmçinin bildirib: “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri başqa addımlar atmasa, Rusiya sülhməramlı kontingentinin ölkədə qalma müddəti avtomatik olaraq daha 5 il uzadılır.

Ermənistan üçtərəfli bəyanatın bu müddəası əsasında formalaşmış vəziyyəti Qarabağdakı ermənilərin statusu məsələsinin həlli yolu tapılana qədər saxlamaq niyyətindədir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...