“Qəbələ”də ŞOK HAL - Bu 7 futbolçuya DİQQƏT!

29 Oktyabr 2021 21:00 Problem 1 432
“Qəbələ”də ŞOK HAL - Bu 7 futbolçuya DİQQƏT!

Azərbaycan Premyer Liqasının 9-cu turundə futbolsevərlər biri-birindən maraqlı oyunların şahidi olacaq.

7 futbolçu cəza səbəbindən həftəsonu keçiriləcək görüşlərdə iştirak edə bilməyəcək.

Bu mənada ən böyük zərbə “Qəbələ”yə dəyib. Belə ki, AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzaya məruz qalan Ehtiram Şahverdiyev bu dəfə də komandasının çıxışını kənardan izləyəcək.

Ötən həftəsonu sarı vərəqə limitini dolduran Stefan Vukçeviçlə Məqsəd İsayev də cəvalı duruma düşüb. Bu futbolçuların heç biri “Sabah”a qarşı oynaya bilməyəcək.

Daha 4 futbolçu isə fərqli komandalardandır. Bunlar “Səbail”li Yurgen Qoxa, “Sumqayıt”lı Murad Xaçayev, “Zirə”li Hacıağa Hacılı və “Sabah”dan Xulio Sezar Rodrigezdir.

Daha 7 futbolçu isə son dərəcə diqqətli olmalıdır. Mövsümün startından bu yana hərəyə 3 sarı vərəqə alan oyunçular üçün növbəti “sarı” 10-cu turda iştirak edə bilməyəcəkləri anlamına gələcək.

Siyahını təqdim edirik: Xəyal Nəvəfov, Mamadu Kane (hər ikisi “Neftçi”), Vüqar Mustafayev, Höccət Haqverdi (hər ikisi “Sumqayıt”), Filip Ozobiç (“Qarabağ”), İsnik Alimi (“Qəbələ”), Adil Nağıyev (“Səbail”).

Azərbaycan Premyer Liqasının 10-cu turunun oyunları 30-31 avqust tarixlərində keçiriləcək.

HƏBİB / Sportinfo.az

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti