"Mahir avrokuboklarda əla, liqada bərbaddır" – Məhkəməyə verilən şəxs

29 Oktyabr 2021 12:40 Problem 1 187
"Mahir avrokuboklarda əla, liqada bərbaddır" – Məhkəməyə verilən şəxs

"Mahir Emreli də Çeslav Mixneviç kimidir. Avrokuboklarda əla, liqada isə bərbaddır".

Sportinfo.az xəbər verir, bu fikiləri "Legiya"nın sabiq futbolçusu Voytsex Kovalçik "Super Expressie" nəşrinə müsahibəsində deyib.

49 yaşlı keçmiş hücumçu komandanın nəticələrinə görə, yalnız Mixneviçin qovulduğunu bildirib. Onun fikrincə, baş məşqçini vəzifəsindən uzaqlaşdırmaq futbolçuları qovmaqdan asandır.

Kovalçik Varşa təmsilçisinin onu məhkəməyə vermək istəyinin tamamilə mənasız olduğunu söyləyib.

"Legiya" komandanın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verməyə hazırlaşır.

Polşa mətbuatında Kovalçikin ittiham etdiyi futbolçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də olduğu yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...