AFFA-nı təşvişə salan nədir?

29 Oktyabr 2021 14:00 Problem 1 821
AFFA-nı təşvişə salan nədir?

Azərbaycan futbolunu məhv edənlər heç nə olmayıbmış kimi davranmağa davam edir.

Futbolumuzun bərbad durumuna cavabdeh olan AFFA rəhbərliyi media önünə çıxıb, futbol ictimaiyyətinə hesabat vermək əvəzinə indi də başqa yollara əl atıblar.

Belə ki, federasiya AFFA ilə bağlılığı olan bütün futbol mütəxəssislərinə mətbuata danışmaq qadağası qoyub.

Daha dəqiqi onların qarşısına mətbuata açıqlama və ya müsahibə vermək üçün üçün "AFFA-nın mətbuat xidmətinin razılığı olmalıdır" tələbi qoyulub.

Bu "razılıq" cavabı isə təbii ki, heç də bütün saytlar üçün keçərli deyil.

Əslində bu proses hər zaman belə olub. Amma ciddiyətinə o qədər də əhəmiyyət verilməyib.

Son zamanlar AFFA-da çalışan bəzi mütəxəssislərin futbolumuzdakı problemləri mətbuatda açıq dilə gətirməsi federasiyanın radikal qərar veməyə vadar edib.

Əsas narahatlıq isə təbii ki, milli komandalarımızın acı nəticələrinin müzakirəyə çıxarılmasıdır. AFFA rəhbərliyi qəti olaraq bunun olmasını istəmir.

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti