Millinin baş məşqçisini səhv çıxarıb, Rəşad Sadıqovu misal çəkdi

29 Oktyabr 2021 11:40 Problem 2 309
Millinin baş məşqçisini səhv çıxarıb, Rəşad Sadıqovu misal çəkdi

«Premyer Liqada yaş limiti 2-yə qaldırıılmamalıdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında 17 yaşlılardan ibarət yığmanın kapitanı olmuş Zeynalabdin Hüseynov deyib.

Hazırda Bakıda fəaliyyət göstərən «Fənərbağça»nın idman mərkəzində məşqçi kimi çalışan keçmiş yarımmüdafiəçi U-21 millisini çalışdıran Milan Obradoviçin təklifinin mənasız olduğunu bildirib:

«Əgər Premyer Liqada hər komandanın əsas heyətində iki gənc meydançaya çıxsa, bu, onları çox arxayın salacaq, geriləmələrinə gətirib çıxaracaq.

Neçə ildir 1 limiti var, guya, hansı futbolçu üzə çıxıb? Hələ limit 1-dir, arxayınlıq yaranıb, öz üzərlərində işləmirlər.

Bizim oynadığımız 2006-2007ci illərdə çempionatda 16 kamanda var idi və gənclər üzə çıxırdı. Formasını geyindiyim «Şahdağ»da 18-19 yaşlı 4-5 gənc əsas heyət üzvünə çevrilmişdi.

Nodar Məmmədov, İsabala İsrafilov, Elçin Xəlilov və mən daim şans qazanırdıq. Onda 19 yaşımız var idi. Rəhmətlik Sabir Əliyev görürdü ki, hər məşqə can yandırırıq, öz üzərimizdə işləyirik.

İndi limit var, klublar məcburdur kim gəldi oynatmağa. Bu, yersiz qərardır, nəticəsi yoxdur.

Limit ləğv edilməlidir və yalnız oyunu ilə geyindiyi formanın haqqını ödəyən gənc oyunçuya şans verilməlidir. Necə ki, bu gün Rəşad Sadıqov «Zirə»də 18 yaşlı oyunçuya kapitanlıq sarğısını layiq görür».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti