Həyat yoldaşına yaxınlaşdığı üçün həbs olunacaqdı, amma... FOTO

28 Oktyabr 2021 15:20 Problem 934
Həyat yoldaşına yaxınlaşdığı üçün həbs olunacaqdı, amma... FOTO

Sportinfo.az xəbər verir ki, “Bavariya”nın və Fransa yığmasının futbolçusu Lukas Ernandes həbs olunmaqdan qurtulub.

Ernandes 2017-ci ildə “Atletiko”da oynayarkən sevgilisi Amelii de la Osa Lorenteyə fiziki təzyiq göstərdiyi üçün 31 saat ictimai işə cəlb olunmuşdu. Üstəlik, futbolçuya Lorenteyə 500 metrdən artıq yaxınlaşmaq qadağan edilmişdi.

Amma o, bu qadağanı pozub. Məhkəmə qərarından sonra cütlük barışıb və özlərinə toy da ediblər.

Buna baxmayaraq, futbolçunun Ameliiyə yaxınlaşmaq qadağası qüvvədə qalıb.

Bu yay isə cütlük birgə istirahətə yollanıb. Bunu nəzərə alan məhkəmə Ernandesi 6 ay müddətinə azadlıqdan məhrum edib. Futbolçu qərardan apellyasiya şikayəti vermişdi.

Məhkəmə onun şikayətini qismən təmin edib. 6 yalıq həbs qərarı 4 il müddətinə şərti cəza ilə əvəzlənib. Futbolçu 94 min avro cərimə də ödəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...