Uşaqları koronavirusdan necə qorumalıyıq?

28 Oktyabr 2021 02:30 Problem 612
Uşaqları koronavirusdan necə qorumalıyıq?

Uşaqları koronavirusdan qorumaq üçün onların rejiminə, düzgün qidalanmalarına diqqət edilməlidir.

Sportinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin "İnstagram" səhifəsində "Uşaqlar və COVİD-19" mövzusunda canlı yayımda qonaq olarkən deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də qış fəslinə daxil olduğumuz bir dövrdə uşaqlarda immunitetin zəifləməsi baş verir:

"Bu, məktəblərin, bağçaların açıldığı dövrə təsadüf etdiyindən təmaslar da çox olur. Uşaqları qorumaq üçün düzgün, balanslı qidalanmaları təmin edilməlidir.

Mədə-bağırsaq sisteminin, yuxu rejiminin pozulmasının qarşısı alınmalıdır. Həmçinin, ailə mühiti qənaətbəxş olmalıdır. Uşaqlar stressə az məruz qalmalıdır.

Körpələr 6 aya qədər müstəsna ana südü ilə bəslənməli, 6 aydan sonra isə qida əlavələri ilə yanaşı, ana südü verilməlidir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...