"Səbail"in iki futbolçusu koronavirusa yoluxdu

26 Oktyabr 2021 16:00 Problem 861
"Səbail"in iki futbolçusu koronavirusa yoluxdu

"Səbail-2" I Divizionda VI turun "Qaradağ - Lökbatan"la oyununa cəmi 13 futbolçu ilə yollanıb.

Sportinfo.az xəbər verir ki, Bayıl təmsilçisinin ehtiyatdakı futbolçularının hər ikisi meydan oyunçularıdır.

Bu isə o deməkdir ki, qapıçı zədələnərsə və ya qırmızı vərəqə alarsa, onu əvəzləməyə yeni qapıçı olmayacaq.

Digər qapıçı Zeynəddin Abdurahmanov əsas komandaya cəlb edilib. Abdurahmanov zədə və s. kimi amillərdən qorunmaq üçün görüşdə iştirak etmir.

Bundan əlavə, Aydın Ağazadə və Vidadi Cəfərovun koronavirus testi müsbət çıxıb. Şamil Cəfərov isə zədəlidir.

Digər Xəbərlər
Xəbər Lenti