İlham Əliyev: “Heç kim deyə bilməzdi ki, müharibə nə qədər davam edəcək”

26 Oktyabr 2021 02:50 Problem 802
İlham Əliyev: “Heç kim deyə bilməzdi ki, müharibə nə qədər davam edəcək”

"Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etdi və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək".

Sportinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Bu münasibətlə bütün qubadlılıları və Azərbaycan xalqını ürəkdən təbrik edən dövlət başçısı Qubadlının azad olunmasının müharibənin gedişindəki önəmindən danışıb.

Prezident bildirib ki, hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir: "İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi".

“Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq”, - deyən dövlət başçısı vurğulayıb ki, o vaxt heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək, çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...