“Kayrat”ın azarkeşləri üsyan edir – “Qarabağa qarşı ... bu, biabırçılıqdır”

22 Oktyabr 2021 21:20 Problem 7 050
“Kayrat”ın azarkeşləri üsyan edir – “Qarabağa qarşı ... bu, biabırçılıqdır”

“Kayrat”ın Bakıda “Qarabağ”a məğlub olması (1:2) “sarı-qaralar”ın azarkeşlərini özündən çıxarıb.

Almatılı futbolsevərlər oyunu məhz Kurban Berdiyevin uduzduğunu iddia edərək, təcrübəli məşqçini istefaya səsləyirlər.

Klubun “instaqram” səhifəsində yazılanlara nəzər yetirək:

“Bu nə oyundur? Adam baxmağa utanır. Bir normal hücum görmədim. Berdiyevin işləmək həvəsi yoxdur, onun vecinə də deyil”

“Kurban Berdiyev – aut!”

“Kimə lazımdır “avtobus?”

“Bu nə təktikadır? Alıkulov 5-3-2 düzülüşündə nə edəcəyini bilmir”

“Guya bunlar futbol oynayır? Topu kor-koranə irəli vurub, dalınca qaçırlar. Ötürmə ilə əks-hücuma çıxmaq olmur?”

“Sizi biabır olasız. “Qarabağ”a qarşı müdafiədən oynamaq – bu, biabırçılıqdır”

“Qorxaq oyun!”

“Küçə futbolu bunlar göstərdiyi oyundan yaxşıdır. Topdan qorxurlar, təki hara gəldi vurub, uzaqlaşdırsınlar. Biabırçılıq!”

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...