"Büdcə azaldı, işimi itirdim, indi əziyyət çəkirəm" - - FOTO

22 Oktyabr 2021 11:40 Problem 869
"Büdcə azaldı, işimi itirdim, indi əziyyət çəkirəm" - - FOTO

Mingəçevir futbolunun tanınmış simalarından biri işsiz qalıb.

Vaxtilə “Ədliyyə”, “Qəbələ”, “Şəmkir”, MOİK, “Karvan” kimi komandalarda top qovan, U-21-in şərəfini qoruyan, karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan Azər Həşimov diqqətsizlikdən gileylənir.

B kateqoriyasına sahib gənc mütəxəssis koronavirus pandemiyası “Qəbələ”nin Futbol Akamdemiyasını “vurana” qədər orda çalışırdı.

Lakin akademiyada aparılan ixtisarlar Həşimovun da işsiz qalması ilə nəticələndi.

“Qəbələ”də aparılan ixtisarlar bizdən də yan keçmədi. Büdcənin azalmasından sonra işimizi itirdik. O vaxtdan bu yana heç yerdə işləmirəm.

Halbuki, B kateqoriyasına sahibəm və uşaq futbolunda təcrübəm var. Bilik və bacarığımı sevdiyim işdə uşaq və yeniyetmələrlə bölüşmək xoş olardı.

Bunun üçün təklif olmalıdır. Mənə ən çox təsir edən doğma Mingəçevirimdə futbolun olmamasıdır. O boyda şəhər diqqətdən kənarda qalıb.

Halbuki şəhərə böyük futbol gəlsə, mən və mənim kimi neçə-neçə məşqçilər işsizlikdən əziyyət çəkməz. Ən əsası, əvvəl olduğu kimi, Mingəçevirdə yenə istedadlı futbolçular yetişər. Allah böyükdür, gözləyirik”.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!