“Mahir çıxışından razı qala bilməz, ona dedim ki…”

21 Oktyabr 2021 00:40 Problem 630
“Mahir çıxışından razı qala bilməz, ona dedim ki…”

Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa çempionatında növbəti oyununa çıxıb

Sportinfo.az xəbər verir ki, Varşava təmsilçisi 11-ci turda çempionluğa iddiaçılardan olan "Lex"i (Poznan) qəbul edib və 0:1 hesabı ilə uduzub.

Emreli start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib. "Legiya" 9 xalla 15-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var. "Lex" isə 24 xalla liderliyə yüksəlib.

“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç “Mahir niyə Avropa Liqasında Polşa çempionatındakından daha yaxşı oynayır” sualını belə cavablandırıb:

“Bunun nədən qaynaqlandığını bilmirəm. Mahirin qol vəziyyətləri oldu. Bundan istifadə etsəydi, yəqin ki, bu sual mənə verilməzdi.

Fasilədə ona dedim ki, daha aktiv olmalı və rəqibin cinahlarındakı boşluqlarından istifadə etməlisən. İkinci hissəyə çox yaxşı başladı.

Dediyim tələbləri yerinə yetirdi. Ancaq Mahir qol vurmağa cavabdehdir. Bunu bu dəfə etməyib, ona görə də çıxışından razı qala bilməz”.

Mahir Emreli bu mövsüm avrokuboklarda 10 oyuna 6, Polşa çempionatında isə 8 oyuna 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti