“Mənə lazım deyil” - Kamal Quliyev bu şəxslərdən zəng gözləyirmiş

20 Oktyabr 2021 20:00 Problem 725
“Mənə lazım deyil” - Kamal Quliyev bu şəxslərdən zəng gözləyirmiş

“Sumqayıt” – “Neftçi” matçında (1:1) Sumqayıtın fəxri sayıla biləcək sabiq futbolçulardan Kamal Quliyevin üzləşdiyi hadisə ilə bağlı məlumat vermişdik.

Ötənlərin “6 nömrə”si futbolun sirlərinə yiyələndiyi Sumqayıtdakı stadiona oğlu ilə birgə daxil olmaq istəsə də, polislərin onu tanımaması ucbatından qapılar üzünə açılmamışdı.

Quliyev saytımıza açıqlamasında faktı təsdiq edərək, hadisədən təsirləndiyini gizlətməmişdi.

Sportinfo.az məsələni diqqət mərkəzində saxladığından, həmin yazıdan sonra Kamal bəylə yenidən əlaqə saxlayıb, “Sumqayıt”dan onunla əlaqə saxlayıb-saxlamadıqlarını soruşduq.

Ki, birdən rəsmilərdən kimsə zəng vurub, üzrxahlıq edər, məlum vəziyyəti başa salmağa çalışar, gələcəkdə bu cür halların baş verməməsi üçün nə etməli olduğunu başa salar.

Əlaqə saxladığımız Quliyevdən aldığımız cavab belə oldu:

“Açığı, həmin yazıdan sonra özüm də klub rəsmilərindən zəng gözləyirdim. Şükürlər olsun, nömrəm hamıda var.

Mənə kiminsə üzr istəməsi lazım deyil, vallah. Ən azıdan, əlaqə saxlayıb, maraqlana, soruşa bilərdilər.

Ümid edirəm ki, bu kimi hadisələr növbəti oyunlardan digər sabiqlərin başına gəlməz.

Halbuki, həmin gün qapıda “Sumqayıt” rəsmisi vardı və mənim içəri buraxılmadığımı görürdü. Nə isə, Allah canlarını sağ eləsin!”

Digər Xəbərlər
Xəbər Lenti