Mahir haqda mənfi fikirlər səsləndirdi: "Tamamilə meydanda görünmədi”

19 Oktyabr 2021 19:40 Problem 1 118
Mahir haqda mənfi fikirlər səsləndirdi: "Tamamilə meydanda görünmədi”

Polşa millisinin və "Legiya"nın sabiq futbolçusu Matsey Slivovski Varşava təmsilçisinin oyunçularını tənqid edib.

Sportinfo.az xəbər verir ki, veteran hücumçu yerli mətbuata açıqlamasında sabiq komandasının evdə "Lex"ə 0:1 hesabı ilə uduzduğu Ekstraklasanın XI tur matçında bir çox futbolçunun potensialından aşağı çıxış etdiyini bildirib.

O, Azərbaycan millisinin forvardı Mahir Emreli haqqında da mənfi fikirlər səsləndirib:

"Emreli tamamilə meydanda görünmədi. Onu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi də tənqid etmişdi".

"Lex"lə oyuna start heyətində başlayan Mahir Emreli 65-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti