11 aydır komada olan azərbaycanlı futbol adamından ÜZÜCÜ XƏBƏR

18 Oktyabr 2021 09:40 Problem 2 625
11 aydır komada olan azərbaycanlı futbol adamından ÜZÜCÜ XƏBƏR

Ötən ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev hələ komadan ayılmayıb.

11 aydır yataq xəstəsi olan tanınmş məşqçinin beyin insultu keçirməsi bəllidir.

Bunun nəticəsində atrofiya keçirən mütəxəssisin səhhəti son günlər daha da ağırlaşıb. Yaxınlarınıın redaksiyamıza verdiyi məlumata görə, şəkər və qan təzyiqi pasiyentin durumuna mənfi təsir göstərməkdədir.

Hərəkətsizlik ucbatından bədənin müxtəlif nahiyələrində yaranmış yaralar da ona əziyyət verməkdədir. Həkimlər artıq hər şeyi möcüzəyə buraxıb.

Xəstə ara-sıra gözlərini açsa da, heç kimi tanıımır və heç nəyə rpeaksiya vermir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!