AFFA-ya irad tutdu: "Mən limitin 1 deyil, 2 olmasını istəmişdim"

14 Oktyabr 2021 09:20 Problem 1 141
AFFA-ya irad tutdu: "Mən limitin 1 deyil, 2 olmasını istəmişdim"

"Limit olmasaydı, kimləri seçəcəkdim?"

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycanın U-21 yığmasının baş məşqçisi Milan Obradoviçə aiddir.

Limit məsələsinə toxunan serbiyalı mütəxəssis bunun ölkə futbolunun inkişafı üçün tətbiq olunduğunu deyib:

"Ümumiyyətlə, futbolçu seçimimiz olmayacaqdı. Limit olmasaydı, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Ömər Buludov, Musa Qurbanlı kimi futbolçular da üzə çıxmazdı.

Serbiyada klublar yarışır ki, görək, ən gənc oyunçunu kim oynadacaq? Klublar gəncləri üzə çıxarıb, pul qazanmağı düşünürlər.

Amma burada vəziyyət fərqlidir. Mən limitin 1 deyil, 2 olmasını istəmişdim. Belə olsaydı, klubların akademiyaları daha çox çalışardı.

Bu tip suallar məndən sonra da olacaq. Burada olacağım müddətdə çalışacam ki, limit sayı artırılsın. Bu uşaqlar bizim gələcəyimizdir".

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i