Tanınmış azərbaycanlı futbol adamından xəbər var…

26 Sentyabr 2021 16:00 Problem 882
Tanınmış azərbaycanlı futbol adamından xəbər var…

Ötən ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyevin beyin inslutu keçirməsindən xəbərdarsız.

Son olaraq Cavadov adına Bakı Futbol Akademiyasında çalışmış mütəxəssis hələ komadan ayılmayıb.

10 aydır yataq şəratində müalicəsi davam etdirilən məşqçi bugünlərdə müayinədən keçirilib. Ona növbəti dəfə təcili qan köçürülüb.

Yaxınlarının redaksiyamıza bildirdiyinə görə, pasiyent səsə zəif reaksiya verir, bəzən gözlərini açır, amma heç kimi tanımır.

Həkimlər onun nə vaxt komadan ayılacağını söyləmir, müalicənin davam etdirilməsinin vacibliyini vurğulamaqla kifayətlənir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti