"Qarabağ"ın oynayacağı stadionu vaksinasiya mərkəzinə çevirdilər

16 Avqust 2021 18:00 Problem 1 476
"Qarabağ"ın oynayacağı stadionu vaksinasiya mərkəzinə çevirdilər

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Aberdin"iev oyunlarını keçirdiyi "Pittodri" stadionunu vaksinasiya mərkəzinə çevirib.

Sportinfo.az Şotlandiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, bugündən arenada peyvəndləmə məntəqəsi fəaliyyət göstərəcək.

Bu, ölkədə vaksinasiyanı stimullaşdırmaq və peyvənd olunanların sayını artırmaq məqsədi daşıyır.

Qeyd edək ki, "Qarabağ" "Aberdin"lə ilk oyununu avqustun 19-da Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti