"Mahir Emreli mövsümə çox yaxşı başladı.
Lakin sonra Norveçin "Budyo Qlimt" komandasına qarşı Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu öncəsi xəstələndi".
Sportinfo.az xəbər verir ki, bunu "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin oyunundakı enişin səbəbləri barədə danışarkən deyib.
Mahir cari mövsümün əvvəlindən Polşa klubunda çıxış edir. 51 yaşlı mütəxəssis bildirib ki, 24 yaşlı hücumçu öz üzərində işləməlidir:
"Düşünürəm ki, bu problem zamanla həllini tapacaq və forvard əvvəlki formasına qayıdacaq.
Tomaş Pexarta gəlincə, o, millinin toplanışından sonra düşərgəmizə qoşulmuşdu. Az məşq etsə də, hər zaman meydana çıxmağa hazırdır".

