“Şeffild Yunayted”in müdafiəçisi Azərbaycanla oyuna gəlməyəcək

14 Avqust 2021 15:00 Problem 723
“Şeffild Yunayted”in müdafiəçisi Azərbaycanla oyuna gəlməyəcək

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan İrlandiya daha bir itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Enda Stevens sıradan çıxıb.

“Şeffild Yunayted”in sol cinah oyunçusu seçmə mərhələnin sentyabrda keçiriləcək 3 oyununu buraxmalı olacaq. Bunu “Şeffild Yunayted”in baş məşqçisi Slavişa Yokanoviç də təsdiqləyib.

O bildirib ki, bu ayın əvvəlində dizindən zədə alan 31 yaşlı oyunçu milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə əməliyyat olunacaq və təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu da o deməkdir ki, Stevens sentyabrın 1-də səfərdə Portuqaliya, üç gün sonra evdə Azərbaycan, 7-də isə Serbiya ilə oyunları buraxacaq.

İrlandiya yığmasının yarımmüdafiəçisi Ceyson Knayt da klubu “Derbi”nin heyətində zədələndiyi üçün sentyabrdakı matçlara çağırılmayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 20:00 Çək və bizə göndər!
28 İyun 07:50 Benzin bahalaşacaq?