“Belə olsa, hökumətin başqa çarəsi qalmayacaq”

12 Avqust 2021 00:14 Problem 1 117
“Belə olsa, hökumətin başqa çarəsi qalmayacaq”

Sportinfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı yüksək yoluxma göstəriciləri fonunda qapanmaların mümkünlüyündən danışıb.

O, REAL-a müsahibəsində bildirib ki, əgər çox sayda insan yoluxarsa, çox sayda insanın xəstəxanaya yerləşdirilməsi zərurəti yaranarsa və xəstəxanalar dolarsa, hökumətlərin başqa çarəsi olmayacaq.

“Bu, təkcə Azərbaycan yox, dünyada belədir. O sürəti azaltmağa məcburuq. Bunun da çarəsi mümkün qədər insanların bir araya gəlməsini mümkün qədər azaltmaqdır.

Biz ÜST olaraq bunların hamısının edilməsinin tərəfdarıyıq. Yəni məsafə, əl gigiyenası, respirator gigiyena və peyvənd zəruridir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...