Finlandiya klubunun 3 futbolçusu "Neftçi"yə qarşı oynamayacaq?

9 Avqust 2021 23:00 Problem 1 407
Finlandiya klubunun 3 futbolçusu "Neftçi"yə qarşı oynamayacaq?

HİK-in 3 futbolçusu evdə "Neftçi"yə qarşı Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununu buraxa bilər.

Sportinfo.az xəbər verir ki, Helsinki təmsilçisinin heyətində müdafiəçi Kevin-Kuassivi Benisson, yarımmüdafiəçilər Santeri Vyayanyanen və İqor Çukoviçin zədə səbəbindən meydana çıxması sual altındadır.

Əvəzində isə Bakıdakı ilk görüşü buraxan hücumçu Atomu Tanaka yenidən komandaya qoşulub. Onun ikinci qarşılaşamada oynaması üçün heç bir problem qalmayıb.

Avqustun 12-də "Helsinki Futbol Stadionu"nda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...