"Hər bir azərbaycanlı üçün bunu izləmək çox ağırdır.
Xüsusilə də səfərdə olanda adam çox naharat olur və orada nə baş verdiyini bilmir".
Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdiyi Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda yaşananlar haqqında deyib.
39 yaşlı mütəxəssis son illərdə Azərbaycan təmsilçilərinə qarşı Kiprdə təxribatlar törədildiyini xatırladıb: "Neftçi"yə, "Qəbələ"yə və "Qarabağ"a qarşı belə hallar çox olub.
Mənim 16-17 yaşım olanda "Neftçi" APOEL səfərində belə halla üzləşmişdi. Həmin vaxt ixtişaş yaşandı, səhv etmirəmsə, Türkiyənin və bizim bayrağımız yandırılmışdı.
Həmişə biz Kipr səfərinə gedəndə belə hal baş verir. Hamı kimi mən də narahat idim. Şükürlər olsun ki, hər şey yaxşı bitdi, oyun sona çatdı və heç kim zərər görmədi".

