“Futbolçu yetişdirmək lazımdır, alverlə məşğul olmaq yox” – İTTİHAM!

3 Avqust 2021 20:00 Problem 1 099
“Futbolçu yetişdirmək lazımdır, alverlə məşğul olmaq yox” – İTTİHAM!

“Olimpiakos”la qarşılaşmada “Neftçi”nin start heyətində 8 legioner vardı.

Amma heyətdə 3 yerli futbolçunun olması “Neftçi”nin məğlub olmasını şərtləndirdi.

Yəqin ki, heyətdə 11 legioner olmalı idi ki, “Neftçi” qalib gəlsin”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında veteran futbolçu Asəf Namazov deyib.

“Neftçi”nin sabiq müdafiəçisi AFFA-nın siyasətini kəskin tənqid edib, səriştəsizlikdə suçlayıb:

“Onların qeyri-peşəkarlığı, naşı idarəçiliyi futbolumuzun inkişafını əngəlləyir. Elə legioner limitinin tətbiq edilməsi bunun göstəricisidir.

Ölkədə futbolçu yetişdirilmir, uşaq futbolu bərbad durumdadır. Futbolçu olmadığı halda isə legioner limiti tətbiq edilir. Niyə? Ona görə ki, istedadı olmayanlar meydana çıxmaq şansı əldə etsinlər?”

Veteran futbolçu deyir ki, belə istedadsızları elə AFFA-da rəhbər postda oturanlar himayə edirlər:

“Limiti də ona görə tətbiq ediblər ki, həmin futbolçular nəyin bahasına olursa-olsun meydana çıxsınlar, sonra da onları yığma komandaya gətirirlər.

Ona görə də millinin nəticələri yaxşılaşmaq əvəzinə pisləşir. Futbolçu yetişdirmək lazımdır, alverlə məşğul olmaq yox”.

Asəf Namazov deyir ki, futbolçu yetişdirilmədiyi üçün komandalarımız məcbur qalıb avrokubok oyunlarında meydana legionerlərlə çıxırlar:

“Nə vaxta qədər belə davam edəcək? Axı göz görə-görə futbolumuzu uçuruma yuvarlayırıq.

Hamısı da qeyri-peşəkar, yalnız öz marağını güdən idarəçilər ucbatından. Artıq AFFA-da da islahatlar aparılmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti