Qəhrəman Əliyevin qardaşı: "Allah böyükdür, inanırıq ki, möcuzə olacaq"

31 İyul 2021 10:40 Problem 1 565
Qəhrəman Əliyevin qardaşı: "Allah böyükdür, inanırıq ki, möcuzə olacaq"

Ötən ilin noyabrında koronavirusa yoluxma nəticəsində beyin insultu keçirən Qəhrəman Əliyevin sağlıq durumu nisbətən normallaşıb.

Bu barədə Sportinfo.az-a tanınmış məşqçinin qardaşı Seyran Əliyev məlumat verib.

Onun sözlərinə görə, xəstə hələ komadan ayılmasa da, həkimlər ailə üzvlərinə nikbin olmaağı tövsiyə edib:

«Bugünlərdə onu başqa bir həkim müayinə elədi. Hərtərəfli analizdən sonra dedi ki, müalicəni davam etdirmək lazımdır, o, komadan hər an ayıla bilər.

Düzdür, dəqiq demədi ki, bu proses nə qədər çəkəcək, ancaq başa düşdüymüz odur ki, ümidi üzmək olmaz.

Bəlkə də Qəhrəmanın komadan ayılması bir, yaxud bir neçə ay çəkdi. Səbirsizliklə o günü gözləyirik.

Qəhrəmanın müalicəsi indi ev şəraitində davam etdirilir. Ötən həftələrə baxanda, nisbətən irəliləyişi var. Çəkisi az-çox artıb. Mədəsinə yerləşdirilən şlanq vasitəsilə qida qəbul edir.

Arabir gözlərini açır, səs eşidir, amma danışıa bilmir. Adını çəkəndə reaksiya vermək istəyir. Hiss olunur ki, səsi eşidir. Allah böyükdür, inanırıq ki, möcuzə olacaq».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"