"Neftçi" rəhbərliyi, o azarkeşə heçmi yazığınız gəlmir?"

29 İyul 2021 17:20 Problem 1 107
"Neftçi" rəhbərliyi, o azarkeşə heçmi yazığınız gəlmir?"

Sportinfo.az-ın redaktoru İlkin Fikrətoğlu “Neftçi”nin Çempionlar Liqası ilə vidalaşmasına münasibət bildirib.

O, yarışın II təsnifat mərhələsi çərçivəsində “Olimpiakos”la keçirilən hər iki oyunu uduzan “ağ-qaralar”ın transfer siyasətini tənqid edib.

İ.Fikrətoğlu bu barədə sosial şəbəkə hesabında yazıb:

“Əgər hücumda son nöqtəni Ömər Buludov qoymalıdırsa, o komandadan nə gözləyəsən? "Neftçi" rəhbərliyi, o azarkeşə heçmi yazığınız gəlmir?

Hücumçusuz, qapıda Aqil Məmmədovla qrup mərhələsinə getmək istəyirsiz? Yazıqlar olsun sizə, “futbolumuzun flaqmanı” dedilər…

Məqsədiniz Konfrans Liqasının qrupudursa, elə Premyer Liqada 3-4-cü yeri tutub, gedib orada oynayardız.

Bəyənmədiyiniz "Qarabağ" illərlə "Tvente", "Yanq Boyz", "Kopenhagen" üzərində güclü olduğunu göstərib, o reytinqi qazandı.

15 il əvvələ kimi fındıq-şabalıdı ilə tanınan kiçik Qəbələ rayonu "Lill", Panatinskos" qələbələri ilə futbolda özünü tanıtdı...

“Neftçi” isə adına layiq əzəməti “Olimpiakos” qarşısında göstərə bilmədi. Xəsis, iddiasız rəhbərliyə görə.

8 ildə bir çempionluq, onda da qapıçısız, hücumçusuz qrupa düşmək istəyirsiz.

“Neftçi”dir bu, “Keşlə” yox. Flaqman belə oynamalı deyil. Oynayırsa, o klubun adından istifadə edib pul qazananlar cavab verməlidir,

"Qəbələ" hər halda nə “Panatinakos”, nə də “Lill”dən güclü idi. Amma meydanda canını qoydu, mərhələ keçdi. “Neftçi” isə sanki hazırdır: Konfrans Liqası bəsimizdir”.

Digər Xəbərlər
Xəbər Lenti